Sabah Cəlilabadın bir hissəsində qaz olmayacaq

Xəbərlər

09.03.2025 - 14:50

Həkimlər Klinikalar SEO Xidməti

Martın 10-da Cəlilabad şəhərinin 11 küçəsinin qaz təchizatında fasilə yaranacaq.

AYNA-nın məlumatına görə, fasilə Cəlilabad şəhəri H.Əliyev prospektində diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin podratçı tərəfindən yerinin dəyişdirilməsi ilə əlaqədar olacaq.

Şəhərin H.Əliyev prospektinin bir hissəsi, H.Məmmədov, M.Hüseynzadə, Ə.Cavad, S.Axundov, N.Nərimanov, Ş.Qurbanov, A.Azərtürk, Füzuli, D.Qorqurd, A.Rəhimov və V.Mürsəlov küçələri olmaqla ümumilikdə 3 000 abonentin saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş