Sabah Bakıda yağış yağacaq

Xəbərlər

15.11.2020 - 13:07

Həkimlər Klinikalar SEO Xidməti

Atmosfer  təzyiqi normadan yüksək olacaq

 

Noyabrın  16-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

 

Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz  12-14, Bakıda gecə 6-8 gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək,  nisbi rütubət  80-90  faiz olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. 

 

Havanın temperaturu  gecə 5-9,  gündüz 10-15, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz  2-6 dərəcə  isti olacaq.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş