Toidze: "Bu, xəstəni əlilliyə, daha sonra ola bilsin ki, ölümə aparacaq"
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvilinin səhhəti ağırdır. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Ombudsmanı yanında yaradılmış Şuranın üzvü Otar Toidze deyib.
Toidze bildirib ki, Saakaşvilinin nevroloji və fiziki vəziyyəti o qədər ağırdır ki, sabiq Prezident əlilliyə və ya ölümə yaxındır: "Vaxt azdır, onun xaricdə müalicəyə ehtiyacı var. Vəziyyəti o qədər ağırdır ki, onun təcili hansısa xarici klinikada müalicəyə ehtiyacı var. Bu, xəstəni əlilliyə, daha sonra ola bilsin ki, ölümə aparacaq".
"Hazırda keçirdiyi nevroloji proseslərə əsaslanaraq onun vəziyyətini geri qaytarmaq mümkdürmü, bilmirəm. Doğrudanmı ölən Prezidenti göstərməliyik ki, əhali onun vəziyyətinə inansın?”, - Toidze vurğulayıb.