Rusiyanın müdafiə naziri Şimali Koreyaya səfər edib

Dünya

29.11.2024 - 10:55

Həkimlər Klinikalar SEO Xidməti

Ölkənin hərbi və hərbi-siyasi rəhbərliyinin nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər planlaşdırılır

Rusiyanın müdafiə naziri Andrey Belousov Şimali Koreyaya rəsmi səfər edib. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Rusiya müdafiə nazirinin Şimali Koreyaya rəsmi səfəri çərçivəsində ölkənin hərbi və hərbi-siyasi rəhbərliyinin nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər planlaşdırılır”, - məlumatda deyilir.

Pxenyan şəhərinin ətrafında yerləşən Sunan Beynəlxalq Hava Limanında Koreya Xalq Ordusunun fəxri qarovul dəstəsinin iştirakı ilə Rusiya nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub. Rusiya müdafiə nazirini Şimali Koreyanın müdafiə naziri, ordu generalı No Qvanq Çol qarşılayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş