Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Xəbərlər

05.08.2022 - 14:32

Hərbi gəmilər “Dəniz kuboku” müsabiqəsində iştirak edəcəklər

Rusiya Hərbi Dəniz Donanmasının (HDD) gəmiləri və şəxsi heyəti avqustun 5-də Bakıya gəliblər.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, Rusiyanın hərbi gəmiləri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak edəcək.

Müəllif: Ayna.az