Rusiyanın bəzi səfirliklərində biometrik pasport verilməsi dayandırılıb

Dünya

27.08.2022 - 01:18

Həkimlər Klinikalar SEO Xidməti

Pasportların verilməsinin dayandırılma müddəti qeyri-müəyyəndir

Rusiyanın Azərbaycan, Almaniya, Latviya, Türkiyə, İsveç, Estoniyadakı səfirlikləri texniki səbəblərə görə elektron yaddaş daşıyıcısı olan və etibarlılıq müddəti on il olan biometrik xarici pasportların verilməsini dayandırıb.

AYNA-nın APA-ya istinadən məlumatına görə, Almaniyada biometrik pasportlar avqustun 29-dan, qeyd olunan digər ölkələrdə isə 26-dan verilməyəcək.

Pasportların verilməsinin dayandırılma müddəti qeyri-müəyyəndir.

Rusiyanın Türkiyədəki səfirliyindən bildirilib ki, pasportların elektron yaddaş daşıyıcısı ilə hazırlanması məsələsi həll olunana qədər verilməsi dayandırılıb.

Artıq qəbula yazılan vətəndaşlar 5 il müddətində etibarlılıq müddəti olan pasport üçün müraciət edə, ya da qəbulu ləğv edə və ya başqa vaxta keçirə biləcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş