Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak edəcək
Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistana səfər edib. AYNA erməni mediasına istinadən bildirir ki, Rusiyanın Baş naziri Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak etmək üçün İrəvana səfər edib.
Qeyd edilib ki, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya hökumət başçıları Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin təxirəsalınmaz vəzifələrini müzakirə edəcəklər.