Rusiyanın Azərbaycandakı səfiri Şuşaya səfər edib

Xəbərlər

14.07.2022 - 23:27

Həkimlər Klinikalar SEO Xidməti

Diplomat şəhərin tarixi və gələcək inkişaf planları ilə tanış olub

“Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ölkəmizin mədəniyyət paytaxtına - Şuşa şəhərinə səfər edib”.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidentinin Şuşa şəhərində Xüsusi Nümayəndəsi Aydın Kərimov tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, diplomat Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birlikdə şəhər, onun tarixi və gələcək inkişaf planları ilə tanış olub.

“Səfir işğalçılar tərəfindən dağıdılmış mədəniyyət və memarlıq abidələrini şəxsən görüb”, - A.Kərimov qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş