Dmitri Bertmanın səhnələşdirdiyi operanın premyerası ləğv edilib
Almaniyanın “Deutsche Oper am Rhein” Teatrı Dmitri Bertmanın quruluşunda səhnələşdirilən “Andre Şenye” operasının premyerasını ləğv edib. AYNA TASS-a istinadən bildirir ki, bu barədə “Deutsche Oper am Rhein” məlumat yayıb.
Qeyd olunub ki, Ukraynadakı müharibə fonunda Moskva "Qelikon-Operas"nın bədii rəhbəri Dmitri Bertmanın səhnələşdirdiyi və mayın 14-də Düsseldorf Opera Teatrında təqdimatı planlaşdırılan səhnə əsərinin premyerasını ləğv edib.