Rusiyalı məşhur aktyor vəfat edib

Dünya

18.07.2023 - 17:28

cedabet dərman SEO Xidməti

Orlovskinin cəsədi bir neçə gündən sonra mənzilində aşkarlanıb

Rusiyalı məşhur aktyor Aleksandr Orlovski 61 yaşında vəfat edib. AYNA rus mediasına istinadən bildirir ki, aktyorun tək yaşadığı mənzildə cəsədi tapılıb.

Rusiya mətbuatı yazır ki, Orlovskinin qohumları və dostları bir həftə onunla əlaqə saxlamağa çalışsalar da, nəticə olmayıb. Bundan sonra onlar aktyorun mənzilinə xilasediciləri çağırıblar. Orlovskinin mənzilinin qapısının kilidi açılıb və onun meyiti içəridə tapılıb.

Aktyorun ölüm səbəbi və nə vaxt dəfn olunacağı hələlik məlum deyil.

Qeyd edək ki, Orlovski “Sınıq işıqların küçələri”, “Tanrı olmaq çətindir”, “Azazel”, “Milli təhlükəsizlik agenti” kimi film və seriallardakı rolu ilə tamaşaçıların yaddaşında qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş