Rusiyadan Ermənistan və Azərbaycana çağırış

Xəbərlər

14.09.2023 - 15:53

cedabet dərman SEO Xidməti

Peskov: “Bölgədə gərginlik səngimir, hətta bəzi yerlərdə artmağa meyllidir”

“Rusiya Qarabağda davam edən gərginlikdən narahatdır”. AYNA xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

Kreml rəsmisi bildirib ki, bölgədə gərginlik səngimir: “Hətta bəzi yerlərdə artmağa meyllidir”.

"Biz həm İrəvan, həm də Bakı ilə təmaslarımızı davam etdiririk. Əlbəttə,  biz hər iki tərəfi təmkinli olmağa və iki il əvvəl imzalanmış Üçtərəfli Birgə Bəyanata uyğun addımlar atmağa çağırırıq. Təbii ki, indiyə kimi ortaya çıxan yeni reallıqları nəzərə almaq şərti ilə”, Peskov fikrini tamamlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş