Avtobusun sərnişinləri Qazaxıstan vətəndaşları olub
Rusiyanın Ulyanovsk vilayətində avtomobil qəzası baş verib. AYNA Rusiya mediasına istinadən bildirir ki, hadisə “Ural” avtomobil yolunun Nikolayevsk rayonundan keçən hissəsində baş verib.
İçərisində 18 sərnişin olan “Mercedes” markalı mikroavtobus iki yük avtomobili ilə toqquşub. Qəza nəticəsində 15 nəfər həlak olub.
Avtobusun sərnişinləri Qazaxıstan vətəndaşları olublar. Hadisə zamanı daha 3 nəfər xəsarət alıb.