Rusiyada “Şaxta baba” biznesmeni güllələyib

Dünya

03.01.2025 - 16:47

Həkimlər Klinikalar SEO Xidməti

O, cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb

Çuvaş Respublikasında (Rusiya) yerləşən Kanaş şəhərində faciəli hadisə baş verib. “Şaxta baba” geyimində olan şəxs iş adamını güllələyib.

AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, cinayətkar qoşalüləli ov tüfəngi ilə silahlanıb. O, cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. Hadisə yanvarın 2-də baş verib.

Hücum edən şəxsin keçmiş məhbus olduğu üzə çıxıb. Qətlə yetirilən şəxs əvvəllər hüquq-mühafizə orqanlarında işləyib. Hadisənin qisas almaq məqsədi ilə törədildiyi güman edilir.

Məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub. Dindirmə zamanı o, “Şaxta baqba” paltarından maska ​​kimi istifadə etdiyini etiraf edib və tez bir zamanda tanınmayacağına ümid edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş