Müəssisədə ümumilikdə 29 nəfər olub
Rusiya paytaxtı Moskva yaxınlığında, Krasnoqorsk şəhərində xüsusi tibbi-sosial müəssisədə baş vermiş yanğın nəticəsində 9 nəfər ölüb. AYNA Rusiya mediasına istinadən xəbər verir ki, yanğın barədə yerli FHN-ə məlumat gecə saatlarında daxil olub.
Əraziyə gələn yanğınsöndürənlər binanın ikinci mərtəbəsində açıq alovun qarşısını alıb. Müəssisədə ümumilikdə 29 nəfər olub.
Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər 11 nəfər özü binanı tərk edib.
Qocalar evində 18 yataq xəstəsi qalıb ki, onların hamısı yaşlı insanlar olub. Məlumata görə 18 nəfərdən 9-u ölüb, 9-u isə təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.