Rusiyada müəllimlər üçün hərb tarixi dərsliyi hazırlanacaq

Dünya

11.08.2023 - 16:47

cedabet dərman SEO Xidməti

“Hərb tarixi, o cümlədən hərbi əməliyyatlar üzrə dərslik hazırlayırıq”

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski müəllimlər üçün hərb tarixi dərsliyinin hazırlandığını açıqlayıb. AYNA bu barədə rus mediasına istinadən xəbər verir.

Medinski izah edib ki, nəşr müəllimlər üçün beşinci sinifdən on birinci sinifə qədər dərsliklərə əlavə olacaq. 2023-cü il sentyabrın 1-dən rus məktəblərində onuncu və on birinci siniflər üçün “Ümumi tarix” və “Rusiya tarixi” üzrə vahid dərslikdən istifadəyə başlanılacaq.

“Hərb tarixi, o cümlədən hərbi əməliyyatlar üzrə dərslik hazırlayırıq. Bu, beşinci sinifdən on birinci sinfə qədər bütün xətt üzrə müəllimlər üçün əlavə olacaq", deyə Rusiya Prezidentinin köməkçisi qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş