Bu ilin 7 ayı ərzində 300 min avtomobil istehsal olunub
İyul ayında Rusiyada minik avtomobili istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,6% azalıb. İyunla müqayisədə isə istehsalda 44,5% artım müşahidə olunub.
AYNA-nın xəbərinə görə, bu statistikanı Rosstat dərc edib.
Cari ilin yanvar-iyul aylarında Federasiyada 300 min ədəd avtomobil istehsal olunub ki, bu da illik əsasda 64,2% geriləmə deməkdir.