Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Rusiyada son sutka ərzində daha 24 072 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
AYNA-nın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 739 462 nəfərə çatıb.
Son sutka ərzində 395 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 367 013 nəfərə çatıb.