Bakalavriat və magistratura təhsili ləğv ediləcək
Rusiyada Boloniya təhsil sistemi ləğv olunacaq. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, müvafiq qərarı ölkənin Elm və Təhsil Nazirliyi qəbul edib.
Qurumdan bildirilib ki, nazirlik özünəməxsus yeni təhsil sistemi hazırlacaq.
Qeyd edək ki, Boloniya təhsil sistemi beynəlxalq standart kimi qəbul olunur. O, ali təhsilin iki səviyyəsindən - bakalavriat (4 il) və magistraturadan (2 il) ibarətdir. Rusiyada bu sistem 2003-cü ildən tətbiq olunub.