Rusiyada bir gündə 457 nəfər koronavirusdan ölüb

Dünya

06.12.2020 - 15:04

Qonşu ölkədə COVID-19-a yoluxanların sayı 2 milyon 460 min 770-ə çatıb

 

Rusiyada son sutka ərzində koronavirusa (COVID-19) 29 min 039 nəfər yoluxub. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə Koronavirusla Mübarizə üzrə Əməliyyat Qərargahı məlumat yayıb.

 

Qərargahdan bildirilib ki, bir gün ərzində 457 nəfər virusun qurbanı olub, 21 min 342 nəfər sağalıb.

 

Ən çox yoluxma paytaxt Moskvada, Sankt-Peterburqda və Moskva bölgəsində qeydə alınıb.

 

Bununla da ümumilikdə Rusiyada koronavirusa yoluxanların sayı 2 milyon 460 min 770-ə çatıb. Pandemiya dövründə 43 min 141 nəfər ölüb.

Müəllif: Ayna.az