Rusiyada bir gündə 216 nəfər COVID-19-dan ölüb

Dünya

01.07.2020 - 15:22

Son sutka ərzində ölkədə 6 min 556 nəfər koronavirusa yoluxub

 

Son sutka ərzində Rusiyada 6 min 556 nəfər koronavirusa yoluxub, 216 nəfər vəfat edib. AYNA xəbər verir ki, bununla da, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 654 min 405 nəfərə çatıb.

 

İndiyədək bu xəstəlikdən 422 min 931 nəfər sağalıb, 9 min 536 nəfər. Hazırda xəstəxanalarda 221 min 938 nəfər koronovirusdan müalicə olunur. Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ və Braziliyadan sonra dünyada üçüncü yeri tutur.

Müəllif: Ayna.az