Rusiyada bir ailənin 5 üzvü yol qəzasında ölüb

Dünya

26.07.2021 - 12:47

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyada ölümlə nəticələnən ağır yol qəzası baş verib

 

Rusiyanın Həştərxan vilayətinin Yenotayevsk rayonunda “KamAZ” markalı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb.

 

AYNA xəbər verir ki, məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsi yayıb.

 

Bildirilib ki, “KIA Sportage” və “KamAZ” Yenotayevsk rayonunun Kopanovka kəndində toqquşub. Minik maşını tamamilə yanıb.

 

Hadisə nəticəsində “KIA”dakı bir ailənin 5 üzvü - 1974-cü il təvəllüdlü ata, 1984-cü ildə anadan olan ana, onların 18 yaşlı qızı, 2003 və 2011-ci illərdə anadan olan iki oğulları da vəfat edib.

 

Faktla bağlı cinayət işi başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş