Rusiya XİN-dən Putin-Bayden görüşü barədə açıqlama

Dünya

20.04.2021 - 14:54

Həkimlər Klinikalar SEO Xidməti

“Prosesin necə olacağı ABŞ-ın bundan sonra özünü necə aparacağından asılıdır”

 

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında görüş yeri və vaxt barədə danışmaq hələ ki, tezdir. AYNA “RİA “Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

 

Nazir müavini qeyd edib ki, hələlik nəsə söyləmək tezdir: “Görüş təşəbbüsü ABŞ tərəfindən edilib. Amma biz məsələnin başındayıq. Prosesin necə olacağı ABŞ-ın bundan sonra özünü necə aparacağından asılıdır”.

 

Qeyd edək ki, ABŞ və Rusiya liderlərinin mümkün görüşü ilə bağlı xəbərlər var. Bildirilir ki, Ağ Ev Kremlə prezidentlərin görüşü barədə müraciət ünvanlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş