Rusiya XİN: “ABŞ BMT qərargahının yerləşdiyi ölkə statusundan sui-istifadə edir”

Dünya

14.03.2022 - 12:09

Həkimlər Klinikalar SEO Xidməti

Pyotr İliçev: "Vaşinqtonun hərəkətləri fundamental beynəlxalq hüquq normalarını pozur"

Birləşmiş Ştatlar BMT-nin qərargahının yerləşdiyi ölkə mövqeyindən siyasi məqsədlər üçün sui-istifadə edir. AYNA "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev deyib.

“Son vaxtlar ABŞ birtərəfli siyasi mənfəət əldə etmək və digər ölkələrin missiyalarına təzyiq göstərmək üçün BMT-nin qərargahının yerləşdiyi ölkə kimi öz mövqeyindən getdikcə daha çox sui-istifadə edir”, - İliçev bildirib.

Rusiya XİN rəsmisi xatırladıb ki, Vaşinqtonun hərəkətləri fundamental beynəlxalq hüquq normalarını, o cümlədən 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının və 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarını pozur.

Qeyd edək ki, fevralın 28-də Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-ın 12 rusiyalı diplomatı persona non-qrata elan etdiyini açıqlayıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova BMT katibliyinin rusiyalı əməkdaşının ölkədən çıxarılması ilə bağlı ABŞ-a cavab verəcəyini vəd edib.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş