Görüşün təşkil olunması təşəbbüsü ilə Türkiyə çıxış edib
Ukraynada müharibənin dayandırılması üçün diplomatik səylər artırılır. Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü gözlənilir. AYNA xarici mediaya istinadən bildirir ki, nazirlər Antalyada görüşəcəklər. Rusiya Xarici İşlər Nazirliyi bu məlumatı təsdiqləyib.
Nazirliyin sözçüsü Mariya Zaxarova bildirib ki, beynəlxalq diplomatik forumda iştirak etmək üçün Antalyaya səfər edəcək Sergey Lavrovun orada Dmitri Kuleba ilə görüşü planlaşdırılır. Görüşün təşkil olunması təşəbbüsü ilə Türkiyə çıxış edib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu toplantının üçtərəfli formatda keçirilməsini təklif edib.