Putin Olaf Şoltsla telefonla danışıb
“Rusiya Federasiyası Ukrayna tərəfi ilə, eləcə də bu ölkədə sülh istəyən hər kəslə dialoqa açıqdır”.
AYNA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefon danışığı zamanı bildirib.
"Ümid edilib ki, danışıqların planlaşdırılan üçüncü raundu zamanı Kiyev nümayəndələri ağlabatan və konstruktiv mövqe tutacaqlar", - deyə Kremlin məlumatında bildirilib.