Rusiya Ukrayna ərazisindən qaz tranzitində problem görmür

Dünya

13.07.2022 - 13:16

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya XİN 2024-cü ildən sonra Ukrayna ərazisindən qaz tranzitinin davam edə biləcəyini açıqlayıb

“Ukrayna qaz nəqli sistemi vasitəsilə qaz tranziti 2024-cü ildən sonra da, hazırkı müqavilənin müddəti başa çatdıqdan sonra davam edə bilər. Bunun üçün Avropa Rusiya yanacağına tələbatı saxlamalı, kəmər işlək vəziyyətdə olmalıdır”. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyadan tədarükün tamamilə rədd edilməsi istiqamətində kurs elan edib: “Bu isə o deməkdir ki, sözügedən plan həyata keçirilərsə, Ukrayna marşrutu da əhəmiyyətini itirəcək. Avropalı istehlakçıların ödəməli olacağı qiymətdən əlavə, Kiyev də tranzit gəlirlərini itirəcək”.

Biriçevski vurğulayıb ki, Rusiya müqavilələr üzrə bütün öhdəlikləri yerinə yetirir və Ukrayna ərazisindən nəqlin həcmi hazırda "Naftoqaz" tərəfindən məhdudlaşdırılıb.

Avropanın Rusiyadan yanacaq istehlakını minimuma endirmək və uzunmüddətli perspektivdə Rusiya qazından tamamilə imtina etmək istəyi Rusiya qoşunlarının Ukrayna ərazisinə yeridilməsi ilə bağlıdır. Eyni zamanda, avropalı siyasətçilər Moskvanın Ukrayna məsələsində öz mövqelərinə təsir göstərmək üçün tədarükləri müstəqil şəkildə kəsə biləcəyindən ehtiyat edirlər.

Kreml Moskvanın qazdan siyasi təzyiq silahı kimi istifadə etməsi ilə bağlı istənilən iddianı rədd edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Avropanın tam enerji təhlükəsizliyinə zəmanət verməyə hazırdır.

Hazırda Rusiyadan Avropaya qaz tədarükü üç marşrut üzrə həyata keçirilir ki, onlardan biri olan “Şimal axını” qaz kəməri iyulun 21-dək texniki xidmət üçün dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş