Rusiya üç avropalı diplomatı ölkədən qovur

Dünya

07.02.2021 - 19:34

Avropa Birliyi ölkələrinin Rusiyadan çıxarılma səbəbi icazəsiz aksiyalara qatılmalarıdır

 

“İcazəsiz etiraz aksiyalarında iştirak etdikləri üçün üç xarici diplomatın ölkədən çıxarılması məcburi bir tədbirdir”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova deyib.

 

Zaxarova bildirib ki, Rusiyadan çıxarılan Avropa Birliyi ölkələrindən olan 3 diplomat qanunsuzluq edib: “Rəsmi icazə verilməyən kütləvi tədbirlərə qatılan diplomatlar ölkədən çıxarılacaqlar”.

 

Xatırladaq ki, Rusiyadan çıxarılanlar Almaniya, İsveç və Polşadan olan diplomatlardır. Söhbət İsveç və Polşanın Sankt-Peterburqdakı baş konsulluqlarının və Almaniyanın Moskvadakı səfirliyinin diplomatik heyətindən gedir.

 

Qeyd edək ki, Avropa Birliyi ölkələrinə aid 3 diplomat yanvarın 23-də Moskvada keçirilən icazəsiz etiraz mitinqlərinə qatılıblar. Bu səbəbdən də, diplomatlar arzuolunmaz şəxs elan ediliblər. Onlar Rusiyadan çıxarılırlar.

 

Xatırladaq ki, yanvarın 23-də Rusiyanın paytaxtı da daxil olmaqla, ölkənin bir çox şəhərlərində etiraz mitinqləri keçirilib. Etirazçılar həbs olunan müxalifət lideri Aleksey Navalının sərbəst buraxılmasını tələb ediblər. Mitinqlərdə iştirak edən yüzlərlə adam saxlanılıb.

 

Fevralın 2-də isə Moskvanın Simonovski Məhkəməsi Navalnıya 3,5 illik həbsə məhkum edib.

Müəllif: Ayna.az