Rusiya təyyarələrinin Almaniya hava məkanına girişi qadağan edilib

Dünya

27.02.2022 - 11:39

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda məhdudiyyəti hazırlandığı bildirilib

Almaniya hökuməti Rusiya təyyarələrinin ölkənin hava məkanına daxil olmasına qadağa qoyulması barədə göstəriş verib.

AYNA CNN-ə istinadən xəbər verir kİ, bu barədə Almaniyanın nəqliyyat naziri Volker Vissinq məlumat verib.

Hazırda məhdudiyyət hazırlanır.

Alman aviaşirkəti "Lufthansa" da Ukraynadakı müharibə səbəbindən dərhal Rusiyaya uçuşlar həyata keçirməyəcəyini bildirib.

Şənbə günündən etibarən bütün uçuşlar növbəti yeddi gün ərzində dayandırılıb.

"Sərnişinlərimizin və ekipajımızın təhlükəsizliyi bizim üçün ən böyük prioritetdir",- deyə "Lufthansa" şirkətindən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş