Muzdluların Ukrayna hərbçilərinə qarşı ağır artilleriya və snayper silahlarından istifadə edəcəyi ehtimal edilir
Rusiya Suriya və Liviyada muzdluların toplanılması üçün mərkəzlər açıb. AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, təkcə Suriyada 14 belə mərkəz fəaliyyətə başlayıb.
“Burada muzdlular qısa müddət ərzində təlim keçdikdən sonra Xmeymim aviabazasından Moskva vilayətinin Çkalovski aviabazasına gətiriləcəklər”, - deyə vurğulanıb.
Muzdluların Ukrayna hərbçilərinə qarşı ağır artilleriya və snayper silahlarından istifadə edəcəyi ehtimal edilir.
İddialara görə, Rusiya xarici muzdlulara aylıq 300 - 600 dollar arası maaş verəcək.