Rusiya Yaponiyanın rus diplomatlarını ölkədən çıxarmaq qərarına cavab verəcək
Rusiya Yaponiyanın rus diplomatlarını ölkədən çıxarmaq qərarına cavab verəcək. AYNA rusiya mediasına istinadən bildirir ki, bu barədə Rusiyanın Tokiodakı səfiri Mixail Qaluzin deyib.
“Yaponiya tərəfi öz qərarı ilə normal diplomatik dialoq, normal diplomatik dövlətlərarası iş imkanlarını daraldır, zərər vurur. O cümlədən özünə ziyan vurur. Çünki bu, qeyri-dost hərəkət cavabsız qalmayacaq”, - Qaluzin vurğulayıb.
Səfirin sözlərinə görə, Tokionun bu qərarı ölkələr arasında münasibətlərə əks təsir göstərir: "Çətin beynəlxalq vəziyyətdə diplomatik əlaqə üçün etibarlı kanalları saxlamaq lazımdır".
Qeyd edək ki, Yaponiya Xarici İşlər Nazirliyi səkkiz rusiyalı diplomatın ölkədən çıxarıldığını açıqlayıb.