Rusiya Rövşən Əsgərovu axtarışa verib

Xəbərlər

11.05.2022 - 12:13

cedabet dərman SEO Xidməti

"Nə? Harada? Nə vaxt?" intellektual oyununun azərbaycanlı iştirakçısı cinayət işi ilə bağlı axtarışa verilib

Rusiya Daxili İşlər Nazirliyi (DİN) "Nə? Harada? Nə vaxt?" intellektual oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərovu cinayət işi ilə bağlı axtarışa verib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə DİN-in məlumatında qeyd olunub.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi aprelin 27-də R.Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb. İddialara əsasən, R.Əsgərov öz "Facebook" səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar yayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş