Rusiya Qarabağda humanitar mərkəzlər yaradıb

Dünya

19.11.2020 - 20:14

Bu mərkəzlər Dağlıq Qarabağda humanitar xarakterli məsələlərin kompleks həlli üçün nəzərdə tutulur

 

Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqunun göstərişinə əsasən, Dağlıq Qarabağda sülhməramlı əməliyyatların aparılması üçün daha 5 humanitar mərkəz yaradılıb.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bunlar Minalardan Təmizləmə, Qarşıduran tərəfləri barışdırma, Nəqliyyat Təminatı, Tibbi Təminat və Ticarət-Məişət Təminatı mərkəzləridir.

 

Qeyd edək ki, bu mərkəzlər Dağlıq Qarabağda humanitar xarakterli məsələlərin kompleks həlli üçün, humanitar reaksiya idarələrarası mərkəzin bir hissəsi olaraq yaradılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş