Rusiya ordusu Xarkovda Ukraynanın "Mi-24" helikopterini vurub

Dünya

28.04.2022 - 00:36

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Müdafiə Nazirliyi hərbi əməliyyatlar barədə məlumat yayıb

Rusiya hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Çerkasskaya Lozovaya rayonunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus "Mi-24" helikopterini vurub.

AYNA xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Peski-Radkovski və Borşevka yaşayış məntəqələri ərazilərində Ukraynanın iki PUA-sı məhv edilib.

Konaşenkov qeyd edib ki, Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli havadan buraxılan raketləri Ukraynanın 17 hərbi obyektini vurub.

Həmçinin Ukrayna qoşunlarının iki komanda məntəqəsi, canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 15 ərazi vurulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş