Alena Şevtsova: "Stansiyanın əməkdaşları girov götürülüb"
Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər.
AYNA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müşaviri Alena Şevtsova "Facebook" səhifəsində məlumat verib.
"Ruslar Çernobıl stansiyasını ələ keçiriblər. Stansiyanın əməkdaşları girov götürülüb. Bu, təkcə Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyinə təhdidir", - deyə Şevtsova bildirib.