“Normal fəaliyyət hələ də qeyri-mümkün olaraq qalır”
“Rusiyanın İrəvandakı səfirliyinin binasına giriş-çıxış etirazçılar tərəfindən tamamilə bağlanıb. Diplomatik nümayəndəlik tədbir görülməsi üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib”. AYNA TASS-a istinadən bildirir ki, barədə səfirliyin Mətbuat Xidmətindən qeyd olunub.
Bildirilib ki, rRusiyanın Ermənistandakı səfirliyinin binası yaxınlığında etiraz aksiyası keçirmək üçün internetdə yayılan çağırışlara diqqət yetirilir: “Onlar peyda olandan sonra diplomatik nümayəndəlik əvvəlcə qismən, sonra isə tamamilə bağlandı”.
“Normal fəaliyyət hələ də qeyri-mümkün olaraq qalır. Biz içəridəyik. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərə uyğun olaraq səfirliyin normal fəaliyyətini bərpa etmək üçün tədbirlər görmək məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərdik”, - deyə məlumatda qeyd olunub.