Rusiya, Çin və İran nüvə problemlərini müzakirə edəcəklər

Dünya

12.03.2025 - 18:22

Həkimlər Klinikalar SEO Xidməti

Martın 14-də Pekində üçtərəfli görüş keçiriləcək

Martın 14-də Çin, Rusiya və İranın iştirakı ilə üçtərəfli görüş keçiriləcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib.

“Martın 14-də Pekində Çin, Rusiya və İranın iştirakı ilə İranın nüvə problemi ilə bağlı görüş keçiriləcək”, - bildirib.

Görüşdə Çinin xarici işlər nazirinin müavini Ma Çjaoyunun iştirak edəcəyi qeyd edilir.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran təzyiq altında nüvə proqramı ilə bağlı danışıqlar aparmır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş