Rusiya Beynəlxalq Kosmik Stansiya layihəsindən çıxır

Dünya

26.07.2022 - 16:56

Həkimlər Klinikalar SEO Xidməti

"Roskosmos"un rəhbəri Rusiyanın 2024-cü ildən sonra layihədən çıxacağını açıqlayıb

Rusiyanın 2024-cü ildən sonra Beynəlxalq Kosmik Stansiya layihəsindən çıxarılması ilə bağlı qərar qəbul edilib. AYNA TASS-a istinadən xəbər verir ki, bunu “Roskosmos” dövlət korporasiyasının baş direktoru Yuri Borisov Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

“Vladimir Vladimiroviç, bilirsiniz ki, biz Beynəlxalq Kosmik Stansiyada beynəlxalq əməkdaşlıq çərçivəsində işləyirik. Təbii ki, biz tərəfdaşlarımız qarşısında bütün öhdəliklərimizi yerinə yetirəcəyik, lakin 2024-cü ildən sonra bu stansiyanı tərk etmək qərarı verilib”, - deyə Borisov söyləyib.

"Roskosmos"un rəhbəri qeyd edib ki, dövlət korporasiyasının əsas prioriteti Rusiya iqtisadiyyatını lazımi kosmik xidmətlərlə təmin etmək olacaq. 

Borisov həmçinin qeyd edib ki, pilotlu kosmonavtikada əsas prioritet Rusiya Orbital Xidmət Stansiyasının (ROSS) yaradılması olacaq. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş