XİN: Hadisələr geridönməz xarakter alır
Rusiya Avropa Şurasını tərk etdiyini bəyan edib. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Avropa İttifaqının dövlətləri və NATO Avropa Şurasının Nazirlər Komitəsindəki mütləq çoxluğundan istifadə edərək Avropa İttifaqının və Avropa məkanında humanitar-hüquqi məkanı dağıtmaq xəttini davam etdirir”, - deyə sənəddə bildirilib.
Bəyanatda qeyd edilib ki, Moskva Avropa Şurasının NATO və Aİ tərəfindən Qərb narsizminə çevrilməsində iştirak etməyəcək: "Bir-birinizlə Rusiyasız zövq alın. Hadisələr geridönməz xarakter alır. Rusiya belə dağıdıcılıq fəaliyyəti ilə barışa bilməz. Moskva burada iştirak etməyəcək”.