Amerikalı kardinal Roma Katolik Kilsəsinin yeni rəhbəri seçilib
Vatikan amerikalı kardinal Robert Frensis Prevostun Roma Katolik Kilsəsinin yeni rəhbəri seçildiyini açıqlayıb. O Papa XIV Leo kimi tanınacaq.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, kardinal Dominik Mamberti Vatikandakı Müqəddəs Pyotr Bazilikasının eyvanına çıxıb və latın dilində elan edib: "Habemus Papam!". Bu "bizim Papamız var" deməkdir. Sonra o yeni pontifi təqdim edib və kilsənin başçısının adını açıqlayıb.
Yeni pontifikin seçilməsi yerli vaxtla axşam saat 18:00-dan az sonra məlum olub. Sikstin kapellasının damındakı bacadan ağ tüstü çıxmağa başlayıb. Eyni zamanda zənglər çalmağa başlayıb.
Roma Katolik Kilsəsinin yeni rəhbəri ilə bağlı xəbər Müqəddəs Pyotr meydanında minlərlə insan tərəfindən sevinclə qarşılanıb. Polisin məlumatına görə, oraya 40 minə yaxın insan toplaşıb.
Sikstin kapellasının bacasından əvvəllər iki dəfə qara tüstü qalxmışdı: çərşənbə axşamı və cümə axşamı səhər, iki tur səsvermə keçirildikdən sonra.
Prevo Peruda missioner və yepiskop olub və o ölkənin vətəndaşlığı ilə yanaşı, Amerika vətəndaşlığına da malikdir. O qadınların kilsə idarəçiliyində iştirakını, o cümlədən yepiskoplara namizədlərin seçilməsinə üç qadının cəlb edilməsini fəal şəkildə dəstəkləyir.