Rəsmi Bakıdan Almaniya XİN başçısına cavab 

Xəbərlər

01.09.2023 - 14:54

cedabet dərman SEO Xidməti

"Annalena Berbokun səsləndirdiyi ifadələr erməni təbliğatının məhsuludur”

“Azərbaycanın xoş niyyətinin dəfələrlə rədd edilməsi səslənən bütün iddiaların əsassız olduğunu nümayiş etdirir”. AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Ayxan Hacızadə “X” sosial şəbəkə hesabında Almaniyanın xarici işlər naziri Annalena Berbokun səsləndirdiyi fikirlərə cavab olaraq yazıb.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yaşamaq üçün lazımi təminatı göstərməyə hazır olduğunu təklif edib: “Bu baxımdan Almaniyanın xarici işlər naziri Annalena Berbokun səsləndirdiyi ifadələr erməni təbliğatının məhsuludur”.

Qeyd edək ki, A.Berbok daha əvvəl Qarabağda fəlakətli vəziyyətin hökm sürdüyünü bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş