Başsağlığı mətni nazirliyin rəsmi “Twitter” səhifəsində paylaşılıb
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyada “Mİ-8” helikopterinin qəzaya uğraması ilə bağlı bu ölkəyə başsağlığı verib. AYNA xəbər verir ki, başsağlığı mətni nazirliyin rəsmi “Twitter” səhifəsində paylaşılıb.
“Kamçatkanın Kuril adaları bölgəsində “Mİ-8” helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına və Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə başsağlı mətnində bildirilib.