Rəsmi Bakı “3+3” formatında görüşün tarixini açıqlayıb

Xəbərlər

22.10.2023 - 19:15

cedabet dərman SEO Xidməti

“Təfərrüatları hələlik məlum deyil, əlavə məlumat veriləcək”

Sabah Tehranda “3+3” formatında XİN başçılarının görüşü keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə bildirib.

“Bəli, sabah Tehranda “3+3” formatında görüşün keçirilməsi nəzərdə tutulub. Təfərrüatları hələlik məlum deyil, əlavə məlumat veriləcək”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan XİN-i də bu görüşdə iştiraka razılıq verib.

Xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunacaq.

“3+3” formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.

“3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş