Rəisi: "İran Yəməndə atəşkəsi dəstəkləyir"

Dünya

27.06.2022 - 07:51

Həkimlər Klinikalar SEO Xidməti

İran Prezidenti ilə Yəmənin Ali Siyasi Şurasının sədri arasında telefon danışığı olub

İran Prezidenti Yəmənin Ali Siyasi Şurasının sədri ilə telefon danışığında Tehranın bu ölkədə atəşkəsi dəstəklədiyini bildirib.

AYNA-nın xarici mediaya istinadən bildirir ki, Seyid İbrahim Rəisi telefon danışığı zamanı Prezident İran İslam Respublikası Yəmənin ərazi bütövlüyü və milli suverenliyinin qorunub saxlanmasının vacibliyini vurğulayıb.

Rəisi tam sülhə və Yəmən xalqına qarşı amansız iqtisadi blokadanın real olaraq aradan qaldırılmasına səbəb olacaq atəşkəs rejimini dəstəkləyir.

“İran Yəmən xalqına humanitar yardım, xüsusən də koronavirusa qarşı vaksinlər çatdırmağa hazırdır”, - Rəisi əlavə edib.

Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşət də öz növbəsində İranın beynəlxalq dairələrdə Yəmən xalqına dəstək verməsini və onların səsini bütün dünyanın diqqətinə çatdırmasını yüksək qiymətləndirib və İranla əlaqələrin daha da inkişaf etməsini arzulayıb.

Qeyd edək ki, BMT-nin təşəbbüsü ilə aprelin 2-də Yəməndə iki aylıq atəşkəs rejimi tətbiq edilib, o cümlədən 18 tankerin Hudeyda limanlarına daxil olması və Səna hava limanında həftəlik iki uçuşa icazə verilib.

Səudiyyə koalisiyası tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulmasına baxmayaraq, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq 2 iyun 2022-ci ildə atəşkəsin iki ay uzadıldığını elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş