"Real” Pol Poqbanı istəmədi

İdman

28.11.2021 - 21:07

Həkimlər Klinikalar SEO Xidməti

Madrid klubu ulduz futbolçunun transferindən imtina edib

İspaniyanın "Real” Madrid klubu İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqbanın transferindən imtina edib.

AYNA "Report"a istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yüksək məvacib tələbi "kral klubu"nu fikrindən daşındırıb.

Bildirilib ki, 28 yaşlı oyunçu Madrid təmsilçisinə azad agent kimi keçsə belə, rəhbərlik onun şəxsi müqaviləsində göstərilən istəklərini qarşılamağa hazır deyil.

Qeyd edək ki, Pol Poqba 2016-cı ildən "Mançester Yunayted"də çıxış edir. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş