"Real Madrid"in sabiq prezidenti koronavirusdan ölüb

İdman

22.03.2020 - 14:58

Koronavirus can almaqda davam edir 

 

Koronavirus daha bir məşhurun ölümünə səbəb olub. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, COVİD-19 virusuna “Real Madrid” klubunun keçmiş prezidenti Lorenso Sans da tutulub. 


Martın 17-də “Real Madrid” klubunun keçmiş prezidentinin  səhhətində problem yarandığı üçün xəstəxanaya aparılıb və onda virus aşkarlanıb. Onu karantinə alıblar. Martın 19-da 77 yaşlı L.Sansın səhhətinin pisləşdiyi məlumatı yayılıb. Ötən gün isə L.Sans həyatını itirib.


Bu barədə onun oğlu sosial şəbəkədə məlumat paylaşıb. “Mənim atam indicə öldü. O dünyanın ən yaxşı insanlarından biri idi. Onun üçün ailəsi və “Real Madrid” həyat eşqi idi. Anam və qardaşlarım  onunla həyatın hər anından həzz alırdılar”. 


Qeyd edək ki, L.Sans 1995-200-ci illərdə “Real Madrid” klubunun prezidenti olub.

Müəllif: Təranə Xudabaxşiyeva