AMEA yayılan xəbərləri təkzib edib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.
AYNA xəbər verir ki, məsələ ilə bağlı AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks ertdirmir.
“AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır”, - məlumatda qeyd edilib.