Quterreş Pakistana “həmrəylik səfəri” təşkil edəcək

Dünya

31.08.2022 - 05:33

Həkimlər Klinikalar SEO Xidməti

Quterreşin köçkün ailələri ilə görüşəcəyi gözlənilir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin sentyabrın 9-da daşqınlar nəticəsində 1000-dən çox insanın həyatını itirdiyi Pakistana “həmrəylik səfəri” edəcəyi bildirilir.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda BMT Baş katibinin sözcüsü Stefan Dujarrik açıqlama verib.

Quterreşin daşqınlardan ən çox zərər çəkmiş bölgələrə gedərək köçkün ailələri ilə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində 1200-ə yaxın insan həyatını itirib, milyonlarla insan daşqınlardan zərər çəkib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş