Qusarda dağlıq ərazidə yanğın olub

Xəbərlər

11.02.2024 - 22:11

cedabet dərman SEO Xidməti

Yanğın nəticəsində altı hektar sahədə quru ot və kol-kos yanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya verilən xəbərə görə, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti Qusar rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində altı hektar sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş