Qusarda dağlıq ərazidə yanğın başlayıb

Xəbərlər

14.03.2025 - 16:14

Həkimlər Klinikalar SEO Xidməti

Relyefin mürəkkəbliyi səbəbindən yanğın əsasən əl üsulu ilə söndürülür

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonu, Zuxul kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

AYNA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Relyefin mürəkkəbliyi səbəbindən yanğın əsasən əl üsulu ilə söndürülür.

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş