Qubernator: “ABŞ-ın enerji siyasəti Rusiyaya kömək etdi”

Dünya

26.05.2024 - 16:07

“ABŞ hazırda iki proksi müharibə aparır - biri Rusiya ilə, digəri İranla”

“ABŞ Prezidenti Co Baydenin enerji siyasəti Rusiyaya kömək edib”. AYNA bildirir ki, bu sözləri Şimali Dakota qubernatoru Duq Berqum “Fox News” telekanalına bildirib.

Onun sözlərinə görə, ABŞ hazırda iki proksi müharibə aparır - biri Rusiya ilə, digəri İranla. Hər iki ölkə öz mübarizəsini neft satışından gələn pulla maliyyələşdirir. Baydenin enerji siyasəti düşmənlərimizə kömək etdi”.

Qubernator əlavə edib ki, Baydenin strategiyası ABŞ-da daxili inflyasiyaya gətirib çıxarıb, strateji neft ehtiyatını tükəndirib və enerji sənayesinə zərər verib.

O, həmçinin ölkədə enerjinin baha olmasına işarə edib və hökuməti amerikalıları iş yerlərindən məhrum etməkdə ittiham edib.

Müəllif: Ayna.az